Bütün Avropanın gözlədiyi görüş

05 Mart, 2020 08:42 | Siyasət | Baxış sayı: 72
Ərdoğan və Putin
Ərdoğan və Putin

Bu gün Moskvada Ərdoğan və Putin qarşı-qarşıya gələcək

Moskvada bu gün nəzərdə tutulan Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşünə saatlar qalıb. Rusiya və Türkiyə liderlərinin görüşü  ancaq Suriya və Türkiyəyə həsr edilməyəcək. Danışıqların necə nəticələnəcəyini münaqişənin mərkəzində qalan Avropada böyük diqqətlə izləyirlər.

Moskva görüşü ərəfəsində tanınmış alman qəzeti “Berliner Zeitung"qəzeti məqalə nəşr edib. Yazı “Qərb öz əlləri ilə Suriyanın İdlib şəhərini  döyüşçülərin sığınacağına çevirib” adlanır. “Biz Moskva danışıqlarından atəşkəs rejiminin tezliklə bərpa ediləcəyini gözləyirik”.

Bunu Türkiyə prezidenti Ərdoğan da qeyd edib. O bildirib ki, bu onun həmkarı ilə görüşünün əsas müzakirə mövzusudur.

Demək olar ki, bu günkü Krem görüşündən nəinki Suriyanın, həm də bütün Yaxış Şərqin, hətta Tükriyənin də gələcəyi asıldır.