Sədr prezidentin çıxışını belə cırdı FOTOLAR, VİDEO

05 Fevral, 2020 12:05 | Siyasət | Baxış sayı: 209
Nensi Pelosi
Nensi Pelosi

Trampın uzanan əli sıxmamasına qadın sədrdən cavab gecikməyib

ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək olan prezident seçkisindən öncə son dəfə Konqresdə "ölkənin vəziyyəti haqqında" illik müraciətini səsləndirib.

Müraciət zamanı ölkə gündəmi və dünya ilə bağlı bir çox vacib məsələlərə toxunulub. Çıxışın ən yadda qalan məqamı isə Nümayəndələr palatasının spikeri Nensi Pelosinin hərəkəti olub. Trampın çıxışdan öncə demokrat Pelosinin uzanan əlini sıxmaması diqqətdən qaçmayıb. Onun Trampın bu hərəkətinə cavabı da dünya mətbuatının manşeti olub. Belə ki, demokrataların nümayəndəsi Trampın müraciətindən sonra onun çıxışının mətni hər kəsin gözü önündə cırıb. 

Bildirilir ki, Tramp müraciət mətninin bir nüsxəsini çıxışından bir neçə dəqiqə əvvəl Pelosiyə verib.

Xatırladaq ki, Tramp bu çıxışı zamanı Yaxın Şərqdəki sonsuz savaşlardan çıxmağa qərarlı olduğunu deyib. Bundan başqa o Çin ilə ticarət savaşı, İran sanksiyaları, İŞID-la mübarizə kimi bir çox məsələlərə toxunub.