Paşinyan həm Qarabağı qaytarır, həm də müharibəyə hazırlaşır

05 Fevral, 2020 15:50 | Siyasət | Baxış sayı: 1596

Cenevrədə Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusu müzakirə edilib

Ermənistan və Azərbğaycan xarici işlər nazirləri Cenevrədə keçirilmiş 11 saatlıq görüşdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın öz  müqəddəratını təyin etməsi məsələsini müzakirə ediblər.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “RosBalt” portalında şərhçi İrina Corbanedze yeni dərc etdirdiyi məqaləsində bildirib.  

Münaqişənin Helsinki qətnaməsinin qaydaları əsasında nizamlandığını vurğulayan müəllif bildirir ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür: “Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusunu tanınmamış respublikanın həm erməni, həm də azərbaycanlı icmaları müəyyən etməlidir”.

Corbanedze işğal zonasını idarə edən Qarabağ klanı təmsilçilərinin hətta Dağlıq Qarabağ ətrafındakı 7 işğal edilmiş rayondan bir qarış belə torpaq vermək istəmədiklərini, Nikol Paşiyanın «Qarabağ Ermənistandır» deməklə onlara dəstək verməsini Ermənistan baş nazirinin ikiüzlülüyü kimi dəyərləndirib: “Nazirlər 11 saat başqa nədən danışa bilərdilər ki?”.

Müəllif Nikol Paşinyanın Ermənistan ordusunun gücləndirilməsi ilə bağlı militarist çıxışlarını da xatırladıb. Rusiyadan görünməmiş həcmdə silahlar aldığını iddia edən Ermənistan baş naziri təbii ki, bununla erməni toplumuna mesaj verir ki, bəs, lazım gələrsə, vuruşacaq və işğal olunmuş ərazilərdən Azərbaycana bir qarış da torpaq verməyəcək. Lakin İrina Corbenadze bunun blef olduğunu bildirib.   

“O (Paşinyan - red.), Ermənistanın şərbi büdcəsinin cəmi 650 milyon dollar olması barədə susur - Azərbaycana “çatmaq və ötmək”, işğal olunmuş torpaqlardan bir qarış qaytarmamaq üçün bu cüzi rəqəmdir”.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Paşinyanın bəyanatlarının blef olduğunu erməni analitik Karen Bekaryan "Tert.am"a da bildirib. O, Serj Sarkisyanın Madrid prinsipləri çərçivəsində 7 rayonu Azərbaycana qaytarmağa razı olması barədə Qafanda Nikol Paşiyanın dediklərini millətin başını qatmaq cəhdi kimi dəyərləndirib. O, Paşinyanın da iki ildir danışıqları Madrid prinsipləri əsasında apardığını, amma bunu xalqdan gizlətdiyini vurğulayıb.

Bekaryanın sözlərinə görə, Madrid pirnsipləri əsasında 7 rayonun qaytarılması və statusun müzakirəsi Ermənistanda siyasətçilərə çoxdan bəllidir və sadəcə, Paşinyan məsələni bu cür təqdim etməklə azalan reytinqini artırmağa çalışır, əslində isə danışıqlar masasında Ermənistan tərəfinin imzası var.

Yəni gələcəkdə Ermənistanınq bu sənədlərdən və ilkin mərhələdə işğal edilmiş 7 rayondan çıxmaqdan  imtina etməsi Azərbaycana müharibə hüququ verər və buna görə rəsmi Bakı diplomatik sahədə uğurlu fəaliyyət göstərməlidir. Buna paralel olaraq həm də Azərbaycan ordusu gücləndirilməlidir. Ermənistandakı daxili vəziyyət Qarabağın müharibəsiz azad edilməyəcəyini göstərir. İstənilən halda müzharibəyə hazır olmalıyıq.