Ərdoğan Putinlə danışdı

05 Fevral, 2020 09:50 | Siyasət | Baxış sayı: 33
R.T.Ərdoğan və V.Putin
R.T.Ərdoğan və V.Putin

İki lider arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Söhbət zamanı Türkiyə Prezidenti İdlibdə münaqişələrin qarşısının alınması məqsədilə bölgəyə göndərilən Türk Silahlı Qüvvələrinin hərbiçilərinə qarşı Əsəd rejimi tərəfindən təşkil edilən hücumun Suriyada sülh üçün həyata keçirilən ortaq səylərə zərbə vurduğunu ifadə edib. Bildirilib ki, Türkiyə oxşar hücumlara qarşı qanuni müdafiə haqqını ən sərt şəkildə qorumağa davam edəcək.

Dövlət başçıları Suriya və Liviyadakı vəziyyət daxil olmaqla regional məsələləri müzakirə ediblər.