ABŞ-ın yeni kabusu - "Bütün bombaların anası" sınaqdan keçdi VİDEO

05 Yanvar, 2019 15:40 | Siyasət | Baxış sayı: 211
GBU-43/B
GBU-43/B

Çin Amerikanın ən böyük bombasının eynisini hazırladı

Çinin silah sənayesinin nəhənglərindən olan NORINCO yeni  hazırladığı bombanın görüntülərini yayıb. İstiPress-in məlumatına görə, havadan buraxılan ağır bomba ABŞ-ın nüvə olmayan ən böyük bombası "GBU-43/B"nin bənzəridir. 

Çinlilər yeni silahlarını "Mother of All Bombs" (MOAB- bütün bombaların anası) adlandırıblar. Yerli kanallar "GBU-43/B"nin Çin versiyasının sınağının da uğurlu keçməsinə dair görüntülər paylaşıblar. 

Görüntülərdə bomba "H-6K" bombardıman təyyarəsindən atılıb. Daha sonra güclü partlayış meydana gəlib. "Bombanın dağıdıcı gücü ilk dəfə ictimaiyyətə nümayiş edildi", deyə "Sinxua" agentliyinin yaydığı məlumatda bildirilir. 

Xəbərlərdə yeni məhsulun nüvə silahlarından sonra ən böyük dağıdıcı potensiala malik olduğu bildirilir. 

Çin istehsalı bombanın ağırlığı bir neçə tondur. Bunun üçün də "H-6K" bir uçuşda ancaq bir bomba daşıya bilib.