İran ABŞ-ı ittiham etdi

05 Yanvar, 2018 10:17 | Siyasət | Baxış sayı: 74
İran
İran

BMT İrana görə toplanır

Son günlər etiraz aksiyaları ilə gündəmə gələn İran BMT-yə müraciət etdi. İstiPress-in məlumatına görə, adıməkilən ölkənin təşkilatdakı daimi nümayəndəsi Qulaməli Xoşrou  BMT-yə rəsmi şikayət göndərib. O, ABŞ-ı İranaın daxili işlərinə müdaxilədə, zorakılığa çağırışda ittiham edib. Bu barədə məlumatı ölkənin "Tasnim" agentliyi yayıb. 

Sənəddə qeyd edilir ki, ABŞ beynəlxalq hüquq normalarını pozur, ölkə prezidenti Donald Tramp isə dəfələrlə İranın daxili işlərinə qarışıb. O, istehza dolu tvitlər yazır, iranlıları təxribata cəlb etməyə çalışır. 

Xoşrou dünya ictimaiyyətindən bu siyasətin tənqid edilməsini, ABŞ-dan isə BMT-nin prinsipləri əsasənda davranmağı tələb edib. 

Bu gün BMT-nin Təhlükəsiz Şurası İrana görə fövqəladə toplantı keçirməlidir. "France-Presse"in diplomatik mənbələrinə istinadla verdiyi məlumata görə, toplantı ABŞ-ın təşəbbüsü ilə baş tutacaq və açıq olacaq. 

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb. Məşhəddə start götürən etirazın səbəbi bahalaşma olub. Daha sonra etirazlar ölkənin digər iri şəhərlərinə də sıçrayıb və hökumətə qarşı şüarlar səslənib. Qiyam nəticəsində 20-dən çox insan ölüb, saxlanılanların sayı isə 500-ə yaxınlaşıb. 

Ötən gün İslam İnqilabı Keşikçiləri Korpusunun generalı ölkədə üsyanın bitdiyini elan edib. 

Qulaməli Xoşrou
Qulaməli Xoşrou