Deputat qorxusunu dilə gətirdi
Ermənistandan qaçış günü-gündən sürətlənir. Sosial vəziyyətin get-gedə pisləşməsi fəlakətə gətirib çıxara bilər. Erməni deputat Naira Zoqrabyan hakimi dairələrə xəbərdarlıq edib.
"Praktiki olaraq hər həftə enerji, nəqliyyat, əsas ərzaq məhsullarının qiymətindəki artım davam edir. Hakimiyyətin bunun qarşısını almaq siyasəti tamamilə gücsüzdür. Bunun nəyə səbəb olacağını düşünməyə belə qorxuram. İş demək olar ki, yoxdur. Ermənistan xalqının kütləvi yoxsullaşaması davam edir".
Zoqrabyanın sözlərinə görə, ölkədə fəlakət dərəcəsinə çatan miqrasiya da davam edir. Bu gedişlə Ermənistanda anacaq xəstələr və qocalar qalacaq.
"Bu sosial partlayışa yol aça, insanların küçələrə çıxmasına səbəb ola bilər?" sualına isə deputat cavabında deyib ki, son illərdə Ermənistanın hər yerində bütün baş verənlərə tamamilə biganəlik hökm sürür. İnsanlar ayaqları ilə etiraz edir və birdəfəlik Ermənistanı tərk edirlər.
Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir
Novruz Məmmədov belə deyib
Polis Ramili saxlasa da, qızları tapa bilmir
Abid Şərifov, İsmət Abbasov, Heydər Əsədov və Səlim Müslümov vəzifəsini itirdi