Şəhidlər yaralı hərbçilərlə birlikdə anılıb

04 Dekabr, 2020 15:58 | Siyasət | Baxış sayı: 61

Xaçmaz İH başçısı Elnur Rzayev qələbə sevincini yaşadığımız, şəhidləri hörmətlə andığımız bu günlərdə Palçıqoba, Mürşüdoba və Nərəcan kəndlərində daha 6 şəhid ailəsi və yaralı hərbçilərun ailəsində olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Birinci və İkinci Qarabağ müharibəsinin şəhid ailələri və yaralı hərbçilərlə görüşən Xaçmaz İH başçısı  onları tarixi qələbə münasibətilə təbrik edib.

Azərbaycanın Şanlı Ordusunun və Ali Baş Komandan İlham Əliyevin birgə səyi nəticəsində qazanılan qələbənin Dövlət-Ordu və Xalq birliyinin - vəhdət şəkildə birliyimizin əyani nümunəsi olduğunu deyib. Şəhidlərimizin heç vaxt  unudulmayacağı bildirilib.

Yaralı döyüşçülərimizə şəfa arzulayan Elnur Rzayev imkan daxilində onların  problemlərinin həllində köməklik edəcəyini deyib. İndiyədək Xaçmazın İH başçısı 18 belə imtiyazlı ailəni ziyarət edib.