Səfir: “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”

04 Dekabr, 2020 10:58 | Siyasət | Baxış sayı: 25
Zaxari Qross - Fransanın Azərbaycandakı səfiri
Zaxari Qross - Fransanın Azərbaycandakı səfiri

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsinə münasibət bildirib.

İstiPress-in məlumatına görə, bu barədə səfir tvitterdə yazıb:

“Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır. Qarabağın müstəqilliyini tanımır”.