Rusiya ermənilərə hiddətləndi: "Məsuliyyətsizlik..."

04 Dekabr, 2018 13:05 | Siyasət | Baxış sayı: 122
Gümrüdə 102-ci Rusiya hərbi bazası
Gümrüdə 102-ci Rusiya hərbi bazası

Hərbçinin adının qətlə qarışması iki ölkəni üz-üzə qoya bilər?

"Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən hərbçinin qadını döyərək öldürməsi barədə məlumat həqiqəti əks etdirmir". İstiPress-in məlumatına görə, Rusiya erməni mətbuatında yayaılan xəbərdən qəzəblənib. Bu ölkənin Ermənistandakı səfirliyi baş verən hadisə ilə bağlı açıqlama yayıb. 

Səfirlik bildirib ki, informasiya ilə yüksək səviyyədə qeyri-peşəkarlığın nümayiş etdirilməsi anlaşılmazdır. "Təqsirsizlik prezumpsiyasına məhəl qoymadan “qışqıran” başlıqla yoxlanılmamış və təsdiqini tapmamış məlumat tirajlanır. Bu cür məsuliyyətsiz hərəkət, xüsusən də mürəkkəb seçkiqabağı dövrdə Rusiya ilə Ermənistan arasında strateji və ənənəvi dostluq münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrin işinə yarayır”-

Rusiyalı hərbçinin Gümrü sakini olan 57 yaşlı qadının döyülməsi, daha sonra ölməsində əli olması barədə məlumat erməni mətbuatında bir neçə gün öncə yayılmağa başlayıb. Bu hadisdən sonra hərbçi polis tərəfindən saxlanılıb. 

Məlumata görə, o dekabrın 3-də işə çıxmayıb. Reqlamentə görə belə hal baş verərsə dərhal polis məlumatlandırılmalıdır. Nəticədə hərbçi haqqında informasiya axtarış gündəliyinə düşüb. Bu isə onun qalmqallı qətllə bağlı hadisəyə cəlb edilməsinə səbəb olub.