Paşinyan yenə "asıb-kəsdi"

04 Dekabr, 2018 10:25 | Siyasət | Baxış sayı: 262
N.Paşinyan
N.Paşinyan

"Onları asfaltla bir edəcəyik, yerlərindən də qalxa bilməyəcəklər"

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca baş nazir vəzifələrinin icracısı Nikol Paşinyan daha çox çoşur. Seçki qabağı kampaniyaları çərcivəsində o Spitakda olub. Burada da rəqiblərini hədələməkdə çəkinməyib. Onun əsas hədəfi isə yenə hakim partiya olan "Respublika"nın üzvləri, kənd icma rəhbərləri olub.

Paşinyan bildirib ki, şəxsən özü onların dalınca gələcək və xirtdəklərindən yapışaraq kabinetlərindən qovacaq. Öz ritolikasının davamında o, hətta qışqırmağa da başlayıb. “Bu “Respublika”çılar kimdir axı? Biz onları asfaltla bir edəcəyik. Onlar illərlə oradan qalxa da bilməyəcəklər. Mən polisə əmr vermişəm ki, heç kim yerindən tərpənə bilməsin. İstər "Respublika"çı, istər oğru, istər avtoritet olsun. Hamısını divara dirəcəyik”.

Bu partiyadan olan icma rəhbərlərinə isə məsləhət görüb ki, kabinetlərində siçan kimi sakit otursunlar.

Paşainyanın öz xalqı ilə görüşləri məhz belə “demokratik” şərtlər altında keçirilir. Bu görüşlərdə o hamını öz bloku “Mənim addımım”a səs verməyə çağırır. Hiss edilir ki, Ermənistanda “demokratiya” nəhayət ki, çiçəklənib və "etibarlı" əllərdədir.