İsgəndər Həmidov xəstəxanaya yerləşdirildi

04 Dekabr, 2018 17:59 | Siyasət | Baxış sayı: 208
İsgəndər Həmidov xəstəxanada
İsgəndər Həmidov xəstəxanada

Yaxınları sosial şəbəkədə yazıblar

Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun səhhətində problem yaranıb. 

İstiPress-in məlumatına görə, bu barədə siyasətçinin həmkarları və yaxınları sosial şəbəkədə yazıblar. 

Onlar qeyd ediblər ki, ürəyində yaranan problemlə bağlı İsgəndər Həmidov Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdirilib.