Bu da Azərbaycanın Fransadan alacağı hərbi texnika FOTO

04 Dekabr, 2018 09:25 | Siyasət | Baxış sayı: 410
VL Mica
VL Mica

Azərbaycan səmasını yeni raketdən müdafiə sistemləri ilə qoruyacaq

Fransanın “MBDA Systems” şirkəti Azərbaycana ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemləri tədarük edəcək. 

“Biz bu sistemlərin Azərbaycana ixracı üçün Fransa dövlətindən icazə almışıq. Azərbaycan tərəfi ilə ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair danışıqlar yaxın zamanlarda yekunlaşacaq”, - deyə şirkətin nümayəndəsi "AzeriDefence" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olub və məmnundur. “Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”.

Rusiyalı şərhçi, hərbi sahə üzrə ekspert Aleksandr Xrolenko haqqın.az-a açıqlamasında Azərbaycanın yeni sistemlərindən danışıb. O, deyib ki, Moskva bu xəbərə sakit yanaşır. Ekspert hesab edir ki, bu müdafiə sistemləridir və kiməsə qarşı istifadəe dilə bilməz. Bunun üçün də bənzər sistemlərin Azərbayacan və ya Gürcüstan ərazisində yerləşdirilməsi hər hansı ciddi narahatalıq törətmitr. Bu ölkələr də başqaları kimi öz ölkələrində istənilən sistemi quraşdırmaqda azaddırlar. 

"Məsələn Türkiyə NATO üzvi olsa da Rusiya nümunələri alır. Azərbaycan və Gürcüstan fransız sistemlərinə, Baltikyanı ölkələr isə Amerikaya üstünlük verirlər". 

Hərbi ekspert həmçinin qeyd edib ki, Azərbayacan son zamanlarda müasir silahların alınmasını məhdudulaşdırmır. Bu isə onun müdafiə qabiliyyətini möhkəmləndirir.

ASTER 30 SAMP/T
ASTER 30 SAMP/T