Prezident: "Bizi diz çökdürmək istəyirlər"

04 Dekabr, 2017 10:18 | Siyasət | Baxış sayı: 230
Türkiyə və ABŞ bayrağı
Türkiyə və ABŞ bayrağı

Ərdoğan düşmənlərinə meydan oxudu

"Hamı bizi diz çökdürməyə çalışır. Amma bunu bacarmayacaqlar". İstiPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident hakim Ədalət və İnkişaf partiyasının toplantısında çıxış edib. Onun sözlərinə görə, Amerika ölkəsini cəzalandırmağa çalışır. "Buna səbəb isə onların dediklərini etməməyimiz, boyun əyməməyimizdir. Ssenari, qurulan oyun bəllidir. Bunu ölkəmizin əleyhinə olarlarla, FETÖ ilə birlikdə edirlər. Bizi oyununuza qurban edə bilməyəcəksiz.  PKK-nı bunun üçün dəstəkləyirlər, FETÖ-nu bunun üçün irəli atdılar, İŞİD-ı da bu məqsədlə üstümüzə salmağa çalışırlar.

Millətimiz bilməlidir ki, bu oyunların hamısı bir-biri ilə bağlıdır. Hamısının da məqsədi, qayəsi birdir - Türkiyəni diz çökdürmək. İstədikləri qədər çalışsınlar, bacarmayacaqlar".