Gürcü nazir Sarkisyana görə İrəvana "yox" dedi

04 Dekabr, 2017 14:33 | Siyasət | Baxış sayı: 183
Giorgi Kvirikaşvili
Giorgi Kvirikaşvili

Karapetyanın cəhdləri boşa çıxdı

Gürcüstanın baş naziri Ermənistan səfərini təxirə salmayıb, bir dəfəlik ləğv edib. İstiPress-in məlumatına görə, bu barədə erməni mətbuatı yazıb. Giorgi Kvirikaşvilinin daha öncədən İrəvana planlaşdırlan səfərini ləğv etməsinə səbəb isə Serj Sarkisyan olub. 

Məlumata görə, erməni həmkarı Karen Karapetyan bir həftə  gürcü naziri ölkəsinə dəvət etmək üçün dil töküb. Razılıq alınıb. Amma sonradan bəlli olub ki, dekabrda Sarksiyanın özü Gürcüstana getməlidir. Bunun üçün də nazirin səfəri ləğv edilib. 

Xatırladaq ki, daha öncə Səfərin nə zaman baş tutacağı bilinmir. Səfər Gürcüstan parlamentinin hökumətin yeni tərkibini təsdiqləməsindən sonra gerçəkləşəcək.

Xatırladaq ki, iki gün öncə Giorgi Kvirikaşvilinin İrəvan səfərinin qeyri-müəyyən vaxta kimi təxirə salındığı açıqlanmışdı.