Tramp: “Demokratlar seçkiləri oğurlamağa çalışırlar”

04 Noyabr, 2020 11:52 | Siyasət | Baxış sayı: 18
Donald Tramp
Donald Tramp

“Seçkiləri oğurlamağa çalışırlar, buna icazə verməyəcəyik”.

İstiPress-in məlumatına görə, bu barədə ABŞ-ın hazırki Prezidenti Donald Tramp öz tvitter hesabında yazıb.

“Bu axşam bir açıqlama edəcəm. Böyük bir qələbədir. Böyük üstünlüyümüz var, ancaq demokratlar seçkiləri bizdən oğurlamağa çalışırlar. Buna icazə verməyəcəyik”, - deyə Tramp qeyd edib.

Digər tərəfdən, “Tvitter” sosial şəbəkəsi Trampın “oğurlanmış seçki” ilə bağlı paylaşımına xəbərdarlıq qeydi əlavə edib.

“Bu tvitdə yerləşdirilən məzmunun bir hissəsi və ya hamısı mübahisəlidir və bir seçkidə və ya digər ictimai proseslərdə iştirak etməklə bağlı yanlış istiqamətləndirə bilər”.