Tramp Arizona istisna olmaqla, bütün ştatlarda liderlik edir

04 Noyabr, 2020 09:59 | Siyasət | Baxış sayı: 19
Donald Tramp
Donald Tramp

ABŞ-da keçirilən prezident seçkisində hazırkı dövlət başçısı Donald Tramp Arizona istisna olmaqla, bütün əsas ştatlarda liderlik edir.

İstiPress bu barədə “FOX News”a istinadən xəbər verir.

Belə ki, Bakı vaxtı ilə 08:45-ə olan məlumata görə, Ohayo, Şimali Karolina, Corciya, Florida, Texas, Miçiqan, Pensilvaniya, Viskonsin və Ayova ştatlarında Tramp rəqibi Co Baydeni qabaqlayır. Arizonada isə demokrat Bayden inamla liderliyi əlində saxlayır.