KTMT hərbi blok funksiyasını dəyişir

04 Noyabr, 2019 14:57 | Siyasət | Baxış sayı: 80
KTMT qoşunları
KTMT qoşunları

Çoxfunksiyalı regional struktura transformasiya edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) klassik hərbi-siyasi blokdan çoxfunksiyalı regional struktura transformasiya edir.

İstiPress-in məlumatına görə, bunu Belarusun Ermənistandakı səfiri İqor Nazarçuk “Regional təhlükəsizliyin təminatında KTMT-nin rolu” dəyirmi masasında çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, KTMT üzv ölkələrin təhlükəsizliklə bağlı kompleks məsələlərinin həllini təmin etmək gücündədir. O, Belarus üçün KTMT dövlətlərinə münasibətdə koordinasiyalı informasiya siyasətinin çox vacib olduğunu bildirib.