Məkkədə sel fəlakəti: 14 ölü - VİDEO

04 Noyabr, 2018 18:45 | Siyasət | Baxış sayı: 194
Məkkədə sel
Məkkədə sel

Peyğəmbərin məzarının yerləşdiyi Məscidi Nəbəvi bölgəsinə dolu yağıb

Səudiyyə Ərəbistanın Məkkə, Ər-Riyad və digər şəhərləri şiddətli yağışların yaratdığı selə təslim olub.

İstiPress-in məlumatına görə, təbii fəlakət 14 nəfərin həyatına son qoyub.

Ölüm halları Məkkə, Baha, Riyad, Asir, Təbük, Cizan və Hail şəhərlərində qeydə alınıb.

Sel yüzlərlə qoyun və dəvəni də çətin vəziyyətdə qoyub.

Quraq iqlimin hökm sürdüyü Səudiyyə Ərəbistanında yaşanan fəlakət insanlarda çaşqınlıq yaratdığı halda, Məhəmməd peyğəmbərin məzarının yerləşdiyi Məscidi Nəbəvi bölgəsinə dolu yağıb.