Cəbhə xəttində son vəziyyət

04 Noyabr, 2018 10:47 | Siyasət | Baxış sayı: 52
Pulemyotdan atəş
Pulemyotdan atəş

Düşmən müxtəlif istiqamətlərdə iriçaplı pulemyotlardan istifadə edib

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

İstiPress-ə Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Baş Qərvənd, Seyidli, Novruzlu, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.