S-400-ə görə Türkiyəyə göz dağı

04 Noyabr, 2017 11:10 | Siyasət | Baxış sayı: 735
Raket təlimi
Raket təlimi

ABŞ və Almaniya hərbçiləri toplanır

Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksi alması ilə hələ də barışa bilməyən NATO ilə gərginlik davam edir. Bu ərəfədə daha iki ölkə əzələ nümayişinə hazırlaşır. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Yunanıstanda təhdidi kimi addım atılacaq.

ABŞ və Almaniya Türkiyənin bir addımlığında raket təlimlərinə başlayıb. Təlimin adı "Artemida hücumu"dur. 

ABŞ Müdafiə Nazirliyi təlim çərcivəsində "Patriot" və "Stinger" havadan müdafiə sistemlərini sınayacaqlarını elan edib.  Təlimə 200-dən çox amerikalı, 370-ə yaxın isə alman hərbçi qatılacaq. 

Təlin noyabrın 9-dək davam edəcək. "Artemida hücumu" kimi təlimlərin məqsədinin isə potensiala rəqibləri qorxutmaq, buna nail olunmadıqda isə sürətli şəkildə onları məğlub etmək qabiliyyətinin inkişaf etdirilməsi, mübahisəli ərazilərdə savaşa hazırlıqdır.