Hərbçilərimiz döyüş atışı etdi FOTOLAR

04 Noyabr, 2017 12:44 | Siyasət | Baxış sayı: 256
Atış təlimi
Atış təlimi

Atış döyüş hazırlığı planına uyğun olub

Əməliyyat İmkanları Konsepsiyası hərbi hissəsində döyüş atışlı təlim keçirilib. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, döyüş atış təlimi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində “N” nömrəli hərbi hissədə baş tutub. 

Təlim zamanı motoatıcı bölmənin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılığı, Ortaq Qüvvələr Birliyi tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası və döyüş atışlı məşğələlər yerinə yetirilib.

Atış təlimi
Atış təlimi