Ermənistan ordusu Qarabağda 12 nəfər itirdi

04 Noyabr, 2017 15:40 | Siyasət | Baxış sayı: 1274
Ermənistan ordusunun tankları Qarabağda
Ermənistan ordusunun tankları Qarabağda

Agdərə istiqamətindən təcili xəbər

Noyabrın 4-də işğalçı Ermənistan ordusunun Agdərə istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.

İstiPress-in məlumatına görə, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib. İlkin məlumata əsasən, 12 nəfərin öldüyü və xeyli sayda yaralıların olduğu bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.