DTX dövlətə xəyanət edən Miryusifi tutdu

04 Noyabr, 2017 14:05 | Siyasət | Baxış sayı: 1594
DTX
DTX

Tutulan şəxs pulla casusluq etməkdə ittiham edilir

Azərbaycanda vətənə xəyanət edən şəxs tutuldu. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

DTX-dan İstiPress-ə verilən məlumata görə, saxlanılan şəxs Soltanov Miryusif Mirmahmud oğludur. 

Miryusif Soltanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.