Rusiya erməniləri qorxuya saldı

04 Oktyabr, 2019 12:05 | Siyasət | Baxış sayı: 741
Vladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan

Putinin İrəvan səfəri də nəticə vermədi

Ermənistan gözləməkdən donacaq. Rusiya qazının mümkün və hətta gözlənilən qiymət dəyişikliyi məsəsləsi bu gün Ermənistanın daxili siyasətindəki əsas gündəm mövzularındna biridir. Hər kəs Rusiya prezidenti Vladimir Putinin İrəvan səfəri zamanı bu məsələyə aydınlıq gələcəyini gözləyirdi. Lakin onun baş nazir Nikol Paşinyanla hava limanındakı ayaqüstü görüşü heç nə vermədi.

Mətbuat qeyd edir ki, Ermənistanda hakimiyyət çoxdan anlayıb ki, qazın qiyməti birmənalı olaraq artacaq. İlk addımı isə bu gün yox, hələ yazda atmaq lazım idi. İndi - soyuqların başlamasına sayılı günlər qalmış bu əvvəlcədən bilinməyən nəticələrə gətirib çıxara bilər. 

Qafqaz institunun eksperti Qrank Mikaelyan Rusiyanın bu günlərdə mavi yanacaq üçün yeni qiymətləri elan edəcəyini gözləyir. Onun sözlərinə görə, Putinin səfəri zamanı Paşinyanla uzunmüddətli görüş və danışıqlar üçün rus liderin vaxtı olmayıb. Ya da o bu barədə danışmaq istəməyib. “Bu gün əsas qiymətin nə qədər artacağıdır. Müxtəlif rəqəmlər səsləndirilir. Amma onlardan istəniləni erməni cəmiyyətinin daha da yoxsullaşmasına gətirib çıxaaracaq".