Putin doğum gününü kiminlə və harada keçirəcək?

04 Oktyabr, 2019 16:20 | Siyasət | Baxış sayı: 136
Vladimir Putin
Vladimir Putin

Prezidentin mətbuat xidmətindən açıqlama

Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də öz ad gününü təbiət qoynunda öz doğmaları ilə birlikdə keçirəcək. Dövlət başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov prezidentin özəl gününü necə keçirməyə hazırlaşmasından danışıb. 

Bu il Vladimir Putinin 67 yaşı tamam olacaq. Adətən o özəl günlərini dövlət tədbirlərində qeyd edir.

2016-cı ildə də o doğum gününü yaxınlarının əhatəsində qeyd etmişdi. Bir il sonra isə yubileyində həmin günə təyin edilən Təhlükəsizlik Şurasının iclasına qatılmışdı. 

Artıq prezidentin bir hədiyyəsi də bəllidir. Belə ki, Moldovalı həmkarı Puinə öz istehsalı olan bir çəllək şərab bağışlayacaq. Öz hədiyyəsini o oktyabrın 11-də Aşqabadda keçiriləcək MDB dövlət başçılarının toplantısında təqdim edəcək.