İraqda rüşvətə etiraz - ölü sayı 44-ə çatdı

04 Oktyabr, 2019 15:13 | Siyasət | Baxış sayı: 59
İraq
İraq

Ölkəni nümayişlər cənginə alıb

İraqda dörd gündür davam edən etiraz aksiyaları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Aksiya nəticəsində 1188 etirazçı yaralanıb.

Xatırladaq ki, dörd gündür ölkədə aksiyalar başlayıb. Əhali rüşvətxorluğa, işsizliyə, eləcə də sosial sahaədəki xidmətlərin çatımazlığına etiraz  edir. 

Şahidlərin məlumatına görə, polislər küçəyə çıxma qadağsına məhəl qoymanları dağıtmaq üçün atəş açıblar. 

Nümayişlərə görə, Bağdadla yanaşı, Zikar (Nasiriyyə), Meysan (Amara) və Babil (Hilə) şəhərlərində də komendant saatı elan edilib.