"Heç vaxt gec deyil" Qubada

04 Oktyabr, 2019 14:20 | Siyasət | Baxış sayı: 213
DTX nümayəndəsi Qubada
DTX nümayəndəsi Qubada

DTX Qubada təhlükəsiziliklə bağlı tədbir keçirdi

Dövlət Təhlükəsizlik Xidmətinin "Xarici xüsusi  xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti "və "Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi mövzularında keçirdiyi konfransa bu gün Quba ev sahibliyi edib. İstiPress-in Şimal bürosunun məlumatına görə, DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzinin rəisi Rəşad Camalov çıxışında  konfransın keçirilməsində əsas məqsədin  müstəqil, gənc Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunmasında, cəmiyyətimizə zidd terror qoxulu  yad ünsürlərin qarşısının alınmasında əhalinin, xüsusən gənclərin iştirakının daha çox təmin etməkdən, bu işdə onların potensialını daha da artırmaqdan ibarət olduğunu açıqlayıb.

Qubanın icra başçısı Ziyəddin Əliyev birbaşa dövlətin təhlükəsizliyinin qorunmasına xidmət edən bu mühüm tədbirin Qubada da keçirilməsini yüksək qiymətləndirib və gənclərin də qatıldığı konnfransın əhəmiyyətini xüsusi qeyd edib.

Çıxışlardan sonra Azərbaycanın təhlükəsizlik xidmətlərinin fəaliyyətindən bəhs edən "Heç vaxt gec deyil" sənədli film nümayiş olunub.