Dronlu erməni təxribatına görə Lüksemburqdakı səfirə tapşırıq verildi

04 Oktyabr, 2019 09:45 | Siyasət | Baxış sayı: 157
Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Səfir təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmalıdır

"Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib".

Bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O, bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj"ı məğlub edib. 

Qarabağ”ın rəqib qapısına vurduğu ikinci qoldan sonra stadionda erməni təxribatı baş verib. Dron vasitəsilə stadionun üzərində qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirilib. Oyunda fasilə elan edilib. On beş dəqiqəlik fasilədən sonra oyun davam edib.