Yaxşı ki Putin İrəvana getmədi, yoxsa...

04 Oktyabr, 2018 10:40 | Siyasət | Baxış sayı: 339
Vladimir Putin
Vladimir Putin

Yeni dostları erməni baş nazir Paşinyanı satdı

"Bizim prezidentimiz uzaqgörən insandır". Rusiya mətbuatı Vladimir Putinin Ermənistana səfərini qeyri-müəyyən vaxta təyin etdiyi üçün belə yazır. Əgər Putin İrəvana getsəydi onda paytaxtdakı qarşıdurmaları mütləq şəkildə onun adı ilə bağlayacaqdılar. 

Müxalifət lazımdır, amma hakimiyyətə qulaq asanda. Dinləməyəni isə sulamaq, qovmaq lazımdır. Ermənistanın baş naziri Nikol Paşinyanın etdiyi kimi. 

Burada yenidən siyasi müxalifət və onların ətrafının ovu başlayıb. Həm də hələ keçmiş prezidentlər və onların yaxınları ilə, eləcə də hakimiyyətin düzgün biznes aparmadığını düşündüyü adamlarla bağlı bütün işlər yekunlaşmamış. Belə təzyiqlər nəticəsində ilk başlarda Paşinyanı dəstəkləyən və bunun üçün nazir postları alan siyasi qüvvələr də indi baş nazirə qarşı çıxırlar.

Belə ki, Ermənistanda reqlamnetlərində deputatlar parlamentin vaxtından öncə buraxılmasının qarşısını alan düzəliş ediblər. Bu isə Paşinyanı çox hiddətləndirib. Onu - inqilabçı baş naziri düşmən Resspublika partiyasından olanlar yox, "Daşnaqstyün" və "Sarukyan" blokundan olan yeni dostları satıblar. Paşinyan isə onlarla ənənəvi yolla – küçələrdə hesablaşmaq qərarına gəlib. Məhz elə burda o 6 nazirin işdən qovulması haqqında qərarını elan edib.  Onun komandası ilə parlament binası mühasirəyə alınıb, bütün baş verənləri isə baş nazir əks inqilab cəhdi adlandırıb.

İki gün öncəki gecə mitinqləri dinc keçməyib – bir necə adam xəstəxanaya düşüb. Bunun səbəbi isə təbii ki, açıqlanmır. Bir gün sonra (denən.red) parlament toplaşa bilmədi. Çünki Paşintyan tərəfdarları onların yolunu kəsmişdi.

Baş nazirin özü bildirib ki, guya deputatlarla görüşüb, onlar səhvlərini etiraf edib, heç vaxt xalqa qarşı çıxmayacaqlarına əmin ediblər. Deputatlar isə baş nazir yumşaq dillə desək yalan danışmaqda ittiham edirlər. "Onunla heç bir razılaşma olmayıb və olmayacaq".  

İndi Ermənistanda həs kəsi bir məsələ düşündürür. Paşinyan küçənin köməyi ilə müxalifəti məhv edə bilərmi? Amma bununla yanaşı bəzi politoloqlar hesab edirlər ki, baş nazirin özünün də vəziyyəti o qədər də qənaətbəxş deyil. Birincisi, çoxları ciddi iqtisadi islahat, daxili siyasətdəki sakitliyi görmədikləri, eləcə də minimal ödənişlə yaşamağa məcbur olduqları üçün inqilabın xəyal qırıqlığını yaşayır. İrəvanda ekspertlər artıq baş nazirin bütün inqilabçıların səhvlərini təkrar etdiyini, əks inqilab üçün zəmin hazırladığını deyirlər. Belə hallar tarixdə kifayət qədərdir.

Rusiya mətbuatı isə yazır ki, əgər Putin qarışıqlıq ərəfəsində öklkəyə səfər etsəydi, onda Kreml bu işlərdə əli olmaqda ittiham ediləcəkdi. Amma digər tərəfdən belə bir sual da yarana bilər – Moskva baş verənlər haqqında xəbərdar olmayıb?