PKK hərbçilərin zirehli maşınla keçdiyi yola əldədüzəlmə partlayıcılar yerləşdirib
Batmanda baş verən terror aktı nəticəsində şəhid olan hərbçilərin sayı artıb. Son məlumata görə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən daha 3 hərbçi olüb.
Bununla da zirehli maşının partladılması nəticəsində şəhid olan hərbçi sayı 7-yə çatıb.
Saat 10:14
Türkiyə günə acı xəbərlə başlayıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Batmanda 4 hərbçi şəhid olub. Daha 5 nəfər isə yaralanıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Partlayış zirehli maşının keçidi zamanı törədilib. Hərbçilər yol çəkilişləri zamanı təhlükəsizliyi təmin tmək üçün əraziyə yollanıblar. Əldə düzəldilmə partlayıcılar PKK tərəfindən yola yerləşdirilib.
Hadisədən sonra ərazidə təhlükəsizlik gücləndirilib, əlavə qüvvələr cəlb edilib.
Qaçan terrorçuları zərərsizləşdirmək üçün bölgədə havadan dəstəkli genişmiqyaslı əməliyyat başlayıb.
Gerbi bu yerlərə vurmaq da yasaqlandı
İlin ilk komanda-qərargah təlimi başladı
Müdafiə Nazirliyi məlumat yaydı
İlham Əliyev sərəncam verdi
Polad Bülbüloğlu və diplomatik korpusun əməkdaşları görüşdə olub