Qızının 400 minlik toyu ilə gündəmə gələn məmur işini itirdi

04 Oktyabr, 2018 10:07 | Siyasət | Baxış sayı: 114
Qüdrət Şükürov
Qüdrət Şükürov

Bir neçə gün qabaq yoxlamalar başlayan “Lifttəmir” İB-nin baş direktoru Qüdrət Şükürov işdən çıxarılıb

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

İstiPress-in məlumatına görə, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb. İki il öncə o, qızının 400 min manata dəyərindədki dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Keçmiş kürəkəni məmuru dövlət əmlakını mənimsəməkdə ittiham edirdi. 

Adıçəkilən adi bir məmurun qızına yüz minlərlə dollar xərcləyərək milyonçulara layiq toy etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Görüntülər yayıldıqdan sonra Q.Şükürovun qızının ilk əri - Elşən Əsgərli məmuru rüşvət almaqda ittiham etmişdi

Bir necə gün öncə isə BŞİH-in bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində yoxlamalar başlamışdı.