Putin Bakıda doğulan məmura vəzifə verdi

04 Oktyabr, 2018 13:33 | Siyasət | Baxış sayı: 98
Aleksandr Beqlov
Aleksandr Beqlov

Aleksandr Beqlov Sankt-Peterburq qubernatorunun vəzifələrini icra edəcək

Rusiya prezidenti ölkənin şimal paytaxtı hesab edilən Sankt-Peterburqun qubernatorunu dəyişib. İsti Press-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Putinin sərəncamı ilə Georgi Poltavçenkonu bu postda Aleksandr Beqlov əvəz edəcək. Poltavçenko 2011-ci ildən qubernator vəzifələrini icra edib. 

Beqlov hələlik qubernatorun səlahiyyətlərini icra edəcək, onun vəzifəyə Duma təsdiqləməlidir. 

Aleksand Dmitriyeviç Beqlov 1956-cı ildə mayın 19-da Bakıda anadan olub. Atası Böyük Vətən müharibəsi iştirakçısı idi.

Bizneslə məşğul olub, habelə bir sıra dövlət vəzifələri tutub. Hakim “Vahid Rusiya” partiyasının üzvüdür. Rusiya Federasiyasının əməkdar inşaatçısı, texniki elmlər üzrə elmlər namizədidir.

Xatırladaq ki, adıçəkilən şəhərin əvvəlki qubernatoru - Georgi Poltavçenko da Bakıda anadan olub (23 fevral 1953-cü il). Poltavçenko 7 yaşında ikən ailəsi ilə birlikdə Leninqrada köçüb. Buna səbəb Nikita Xruşşovun təşəbbüsü ilə Sovet ordusunda aparılan ixtisarlar nəticəsində atası - Sergey Poltavçenkonun işsiz qalması olub.