İnquş - çeçen sərhədində qarşıdurma

04 Oktyabr, 2018 16:24 | Siyasət | Baxış sayı: 89

Sərhəd bölgüsünün ədalətsiz olmasına etiraz edən yüzlərlə inquşetiyalı küçələrə axın edib

İnquşetiya Konstitusiya Məhkəməsinin sədri Ayup Qaiyevin "Facebook"da yazdığı açıqlama İnquşetiya və Çeçenistan arasında yeni sərhəd bölgüsü kütləvi etirazlara səbəb olub. 

İstiPress-in məlumatına görə, İnquşetiya və Çeçenistan inzibati sərhədin çəkilməsi barədə razılığa gəlib. Bu qərar İnquşetiya parlamentində 25 deputatdan 17-si tərəfindən qəbul edilib. Qaiyev parlamentin buna icazəsi olmadığını və bunu yalnız referendumla həll etməyin mümkün olduğunu yazıb.  

Sərhəd bölgüsünün ədalətsiz olmasına etiraz edən yüzlərlə inquşetiyalı küçələrə axın edib. Onlar paytaxt Maqas şəhərinin mərkəzi yolunu bağlayıblar. Deputatlar parlamentdən qvardiyanın müşayiəti ilə çıxarılıblar, nümayişçiləri dağıtmaq üçün havaya atəş açılıb.

Qeyd edək ki, sənədə əsasən, Çeçenistanın Nadtereçni rayonu ilə İnquşetiyanın Malqobek rayonu arasında yaşayış olmayan ərazilərin mübadiləsi həyata keçiriləcək.