Deputatlar erməni nazirin hədəsinə tuş gəldilər

04 Oktyabr, 2018 14:58 | Siyasət | Baxış sayı: 51
Paşinyan
Paşinyan

Küçələr erməni naziri çox şey öyrədib. Nikol Paşinyan deputatlara onları asfaltla bir edəcəyi barədə xəbərdarlıq edib. Erməni mətbuatı belə  yazır.

Onun bu dəfə deputatları hədələməsinə səbəb isə guya hansısa deputatın nümayişlərdə iştirak edənləri təhqir etdiyinin deyilməsi olub. Bu iddianı isə ona “Çıxış” fransiyasının üzvləri çatdırıblar. 

"Bu sübut edir ki, bizim güc sturukturları işlərini yaxşı yerinə yetirmirlər". O, qeyd edib ki, çətiliklə kütləni deputatlara hücum etməkdən dayandıra bilir. “Elə vəziyyət yarana bilər ki, mənim artıq bu deputatların sərbəst şəkildə küçələrdə gəzməyinə şərait yaradacaq gücüm çatmaz. Bu istisna deyil. Xalq onlara bu qədər nifrət edir". 

Küçə, yalan, xuliqanlıq və Paşinyan. Bu tandem Ermənistanda demokrtiya quracaq?!