Türkiyə XİN-dən Qarabağ xəbərdarlığı

04 Oktyabr, 2017 15:10 | Siyasət | Baxış sayı: 96
Qarabağa icazəsiz səfər edən türklər
Qarabağa icazəsiz səfər edən türklər

"Bu ərazilərə səfər etməkdən çəkinin"

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə səfər etməmələri ilə bağlı xəbərdarlıq edib. İstiPress-in məlumatına görə,  XİN bununla bağlı bəyanat yayıb. Bəyanat bir neçə gün öncə 4 türkün işğal altında olan ərazilərə etdiyi qanunsuz səfərdən sonra yayılıb.  

Bəyanatda deyilir ki, işğal edilən əraziləri Azərbaycana aiddir və bura Azərbaycanın icazəsi olmadan getmək beynəlxalq hüquqa ziddir. "Bundan başqa işğal altındakı ərazilərə gedən vətəndaşlarımıza lazım olacağı təqdirdə konsulluq müdafiəsi də mümkün deyil. Dolayısı ilə vətəndaşlarımızın işğal altındakı bölgələrə səyahətdən çəkinmələrinin yararlı olduğunu xatırladırıq". 

Xatırladaq ki, Dağlıq Qarabağa icazəsiz səfər edən siyasətçi Ufuk Uras, yazıçı Sait Çetinoğlu, jurnalistlər Ali Bayramoğlu və Erol Katırcıoğlu haqqında Azərbaycanda araşdırmalar başlanılıb. Onlar haqqında axtarış və saxlanma qərarı verilib. 

XİN sözcüsü Hüseyn Müftüoğlu da türk vətəndaşlarının səyahətinin rəsmi qurumlarla razılaşdırılmadığını bildirib və bunun qəti şəkildə Türkiyənin rəsmi mövqeyini əks etdirmədyini deyib.