Las-Veqas atıcısı barədə YENİ FAKTLAR

04 Oktyabr, 2017 12:55 | Siyasət | Baxış sayı: 79
Las-Veqas
Las-Veqas

Kazinolara hər gün baş çəkirdi və rəfiqəsini təhqir edirdi

Las-Veqas atıcısı Stiven Peddokun rəfiqəsi Merilou Denli Filippindən ABŞ-a gəlib.

İstiPress BBC-yə istinadən xəbər verir ki, onu hava limanında qarşılayan Federal Təhqiqatlar Bürosunun əməkdaşları cinayətin motivləri barədə informasiya əldə etməyə çalışırlar. Bu dəhşətli kütləvi qətlin motivləri hələ ki, qaranlıq qalır.

Yerli qəzetlərin yazdığına görə, o hər gün kazinolara baş çəkirdi və öz qız rəfiqəsini camaatın gözü qarşısında təhqir edirdi.

Filippin miqrasiya xidmətinin nümayəndəsi Peddokun rəfiqəsinin sentyabrın 25-də Honkonqdan Filippinə gəldiyini və Las-Veqasdakı silahlı insident zamanı burada olduğunu təsdiqləyib.

Faciədən bir neçə gün öncə Peddokun Filippinə təxminən 100 min dollar köçürməsi faktı polisin və jurnalistlərin diqqətini cəlb edib. Hazırda Amerika tərəfi Filippinli həmkarları ilə birgə pul vəsaitinin kimə və hansı məqsədlə göndərildiyini araşdırır.

Qeyd edək ki, ABŞ-ın əyləncə mərkəzi olan Las-Veqas şəhərində keçirilən musiqi festivalına toplaşan on minlərlə insanı atəşə tutaraq azı 59 nəfəri qətlə yetirən və 500-dən çox insanı yaralayan amerikalı Stiven Peddok öz silah arsenalını 20 il ərzində toplayıb. Bu arsenalın bir hissəsi həmin cinayətdə istifadə olunub.