Kimya üzrə Nobel mükafatının laureatları açıqlandı

04 Oktyabr, 2017 14:28 | Siyasət | Baxış sayı: 28
Nobel mükafatının qalibləri açıqlanıb
Nobel mükafatının qalibləri açıqlanıb

Bu dəfə mükafata həm də avropalı alimlər layiq görülüb

İsveçdə 2017-ci il kimya üzrə Nobel mükafatının laureatları açıqlanıb.

İstiPress-in rus mətbuatına istinadən məlumatına görə, bu mükafata amerikalı Yoahim Frank, isveçrəli jak Düboşe və britaniyalı Riçard Henderson layiq görülüb.

Onlar məhlulda yüksək çözümlü molekulların strukturunun müəyyənləşdirilməsi üçün krioelektron mikroskopiyanın hazırlanmasına görə Nobel mükafatına layiq görülüblər.

Buna qədər tibb və fiziologiya, fizika üzrə Nobel mükafatının laureatları məlum olub.