Kataloniyanın rəhbəri: "Yaxın günlərdə müstəqilliyimizi elan edəcəyik"

04 Oktyabr, 2017 19:51 | Siyasət | Baxış sayı: 70
Kataloniyada etirazlar
Kataloniyada etirazlar

"Bu hər şeyi dəyişdirən bir xəta olar"

Yaxın günlərdə İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edəcək.

Vilayətin rəhbəri Karles Puçdemon BBC-yə müsahibəsində deyib ki, Kataloniya rəhbərliyi bu həftənin sonu və ya növbəti həftənin əvvəli müstəqillik üçün hərəkətə keçəcək: "Bir neçə gün ərzində müstəqilliyimizi elan edəcəyik".

K.Puçdemon mərkəzi hökumətin vəziyyətə müdaxilə edərək Kataloniyada nəzarəti ələ keçirəcəyi təqdirdə hansı addım atacaqları ilə bağlı suala belə cavab verib: "Bu hər şeyi dəyişdirən bir xəta olar".

O hazırda İspaniya hökuməti ilə Kataloniya hökuməti arasında heç bir təmas olmadığını da açıqlayıb.