Ermənistandan böyük qaçış

04 Oktyabr, 2017 12:40 | Siyasət | Baxış sayı: 224
Ermənilər hava limanında
Ermənilər hava limanında

Əlvida, Ermənistan! Ermənilər sürətlə ölkədən çıxırlar

Ermənistanda əhalinin miqrasiyası, doğumun çox aşağı bir həddə olması respublikada vəziyyəti çox ağırlaşdırıb. Bu mövzuya yerli mətbuat, siyasi partiyalar, hətta Ermənistan prezidenti Serj Sarkisyan tez-tez müraciət edir. Məhz ölkə prezidenti əhalinin sayını 4 milyon nəfərə qaldırmağı qarşıya məqsəd qoyub.

Erməni nəşrinin yazdığına görə, miqrasiyanın əsas istiqamətlərindən biri Rusiya sayılır. Ekspertlərin hesablamalarına görə, artıq bu ölkədə yarım milyon erməni var. Onlardan 100 min nəfəri qara işlərdə çalışır. Qəzetlərin yazdığına görə, əhalinin miqrasiyası ölkənin iqtisadiyyatı və təhlükəsizliyinə neqativ təsir göstərir. Orduya çağırışın çox aşağı səviyyədə olması da bu problemə mənfi təsir göstərib. Respublikanın statistika xidməti həyəcanla xəbər verir ki, kənd təsərrüfatı ilə məşğul olan insanların sayı əhəmiyyətli dərəcədə azalıb. 100 minlərlə insan kəndləri tərk edir. 

Ermənistandan sürətlə qaçış başlayıb. İşsizlik və ərzaq məhsullarının qiymətinin artması da buna təsir göstərir. Ermənilər öz uşaqlarını orduya hazırlamaq üçün ət tapa bilmirlər. Ekspertlərin proqnozları da ürəkaçan deyil. Onlar hesab edirlər ki, əhali 30-40 il ərzində 1 milyon azala bilər. Bəzi araşdırmaçılar isə bunun vaxtından əvvəl baş verəcəyini deyirlər.

İrəvanda bunun qarşısını almaq üçün heç bir addım atmır. Demoqrafik partlayış partlayış hər zaman labüddür. Hakimiyyət yalançı vədlər verməklə məşğuldur. Silah əldə etmək üçün böyük pullar xərclənir. Hərbi texnikanın alınması üçün böyük məbləğdə kredit alınıb. Lakin yeni iş yerlərinin açılması üçün heç bir addım atılmır. Demoqrafik artım üçün hökümət heç bir şey etmir. Məhz buna görə də ermənilər öz tarixi yerlərindən qaçaraq bunu deyirlər: Qudbay, Armenia!

Mayis Məmmədov, əməkdar jurnalist