Ərdoğan İranda - FOTO

04 Oktyabr, 2017 16:05 | Siyasət | Baxış sayı: 95
R.T.Ərdoğan İranda
R.T.Ərdoğan İranda

Türkiyə prezidenti Həsən Ruhani və Ayətullah Əli Xamneyi ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri başlayıb. İstiPress-in məlumatına görə, prezidentin İranda rəsmi qarşılanma mərasimi baş tutub. Tehrandakı Sadabat Sarayındakı mərasimdə İranın dövlət başçısı Həsən Ruhani də iştirak edib. 

Ərdoğanı İran səfərində xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak, gömrük və ticarət naziri Bülent Tüfenkci, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Numan Kurtulmuş və s. dövlət rəsmiləri müşayiət edir. 

Ərdoğan iranlı həmkarı ilə təkbətək və genitərkibli görüşlərdən sonra mətbuat konfransına qatılacaq. Onun İranın dini lideri Ayətullah Əli Xamneyi ilə də görüşü nəzərdə tutulub. 

İranda baş tutacaq görüşlərdə Suriya və İraqdakı məsələlər, o cümlədən regional əlaqələr müzakirə ediləcək.