Xarici İşlər Nazirliyində çox önəmli yerdəyişmə - yeni müavin təyinatı

04 Sentyabr, 2020 10:17 | Siyasət | Baxış sayı: 220
XİN
XİN

Azərbaycan Xarici İşlər nazirinin müavini Nadir Hüseynov tutduğu vəzifədən azad edilib.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər. 

Nadir Hüseynov
Nadir Hüseynov

Xatırladaq ki, N. Hüseynov 2010-cu ildən nazir müavini vəzifəsində çalışırdı.  Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunan Nadir Hüseynova yeni vəzifə verilib. N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev Azərbaycan Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Fariz Rzayev
Fariz Rzayev