Sərt karantindən çıxan rayonda ehtiyat tədbirləri

04 Sentyabr, 2020 16:39 | Siyasət | Baxış sayı: 247

Sərt karantin rejimindən yeni çıxan Xaçmaz rayonu pandemiyaya qarşı qabaqlayıcı tədbirləri davam etdirir.

İstiPress-in şimal bürosunun məlumatına görə, artıq rayonda virusa qarşı yoluxma sayı xeyli azalsa da arxayınçılıq yaranmayıb.

Xaçmaz İH-dən verilən məlumata görə, vətəndaşların qurumda növbəti qəbulu da onlayn keçirilib. Xaçmaz İH başçısı Elnur Rzayev əvvəlcədən müraciət edən vətəndaşları videoformatda qəbul edib, problemlərini dinləyib.

Səslənən problemlər barədə həllini tapmaq üçün tapşırıqlar verilib.