Lavrov Ermənistanı Qarabağda geri çəkilməyə məcbur etdi

04 Sentyabr, 2020 14:05 | Siyasət | Baxış sayı: 10711
Sergey Lavrov - Rusiya xarici işlər naziri
Sergey Lavrov - Rusiya xarici işlər naziri

Ermənistan XİN-dən yeni açıqlama

Ermənistan Azərbaycanla Qarabağ danışıqlarını davam etdirməyə hazırdır və üçüncü tərəf kimi Xankəndi işğal rejiminin iştrakı şərtindən geri çəkilir.

İstiPress-in məlumatına görə, baş nazir Nikol Paşinyanın danışıqlara davam etmək niyyətini açıqlayan Ermənistan XİN sözçüsü Anna Naqdalyan bildirib ki, ölkəsi Azərbaycanla danışıqlara güc tətbiqindən və xalqlar arasında nifrətin qızışdırılmasından çəkilmək, həmçinin atəşkəs reciminin gücləndirilməsi şərti ilə danışıqları davam etdirmək niyyətindədir.

Rusiyanın "Vestnik Kavkaza" portalı bunu danışıqlarda Xankəndi işğal rejiminin iştirakı barədə Paşinyanın həmişə səsləndirdiyi absurd fikirlərdən geri çəkilmə kimi dəyərləndirib. 

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

"Daha öncə dəfələrlə, həmçinin  bir gün əvvəl də Rusiya xarici işlər naziri Sergey Lavrovun şəxsində İrəvanın danışıqlarda iştirak edən tərəflərin tərkibinin dəyişdirilməsi, həmçinin diplomatik prosesin sıfırdan başlaması ilə bağlı istəklərini rədd edib, danışıqların yalnız Azərbaycanla Ermənistan arasında, həmçinin "Madrid prinsipləri" və digər sənədlər daxil olmaqla indiyə kimi mövcud razılaşmalar əsasında aparılmalı olduğunu olduğunu bildirib",- deyə portal yazır.

Halbuki, İrəvanda Paşinyana yaxın dairələr Ermənistanın Madrid prnisiplərindən və indəyə kimi əldə edilmiş razılaşmalardan çıxmasının vacibliyini vurğulayırdalar. Məsələn. Paşinyana yaxın politoloq Levon Şirinyan bu gün "Lragir"ə verdiyi müsahibəsində Madrid prinsiplərinin reallıqla əlaqiəsinin olmadığını iddia edib.

Təbii ki, çevrəsinin bu cür avantürist qızışdırmalarına baxmayaraq, Paşinyanın geri çəkilməsi təkcə Lavrovun təzyiqi ilə deyil, Azərbaycan ordusunun Tovuzda və qoşunların təmas xəttində Ermənistan ordusunun təxribatalarına verdiyi cavablarla bağlıdır. Yəni Nikol Paşinyan anlayıb ki, bu dəfə döyüş başlasa, bu, Ermənistan ordusu üçün 2016-cı ilin aprel döyüşləri ilə müqayisədə qat-qat fəlakətli nəticələnəcək.