Ermənistanda Paşinyanın yalanlarını faş etməyə başlayıblar. İrəvanda “Narıncı nağıllar” ümumi adı altında çəkilmiş növbəti film göstərilib.
Film narıncı inqilabın banisi Nikol Paşinyanın vədlərindən danışır və bu vədlərin heç birinin bu iki il ərzinə həyata keçmədiyini faktlarla izah edir. Bu barədə “Qraparak” qəzeti yazır.
Bu silsilədən iki film artıq göstərilib və ictimaiyyətin çox yüksək rəğbətini qazanıb. Daha 5 film göstərilməyə hazırlanır.
“Ermənistanda Paşinyanı çoxdan hər kəsə vəd verən qız adlandırırlar. Narıncı inqilabın banisi əslində erməni nağılçısı çıxdı, özü də aşağı səviyyəli nağılçıdır”, - deyə qəzet yazır.