Prezident AZTV-yə yeni sədr seçdi

04 Sentyabr, 2019 12:00 | Siyasət | Baxış sayı: 206
Rövşən Raqif oğlu Məmmədov
Rövşən Raqif oğlu Məmmədov

İılham Əliyev iki sərəncam imzalayıb

Prezident  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında
sərəncam imzalayıb. Sərəncamda deyilir: 

"Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin".

İkinci bir sərəncamla R.R.Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Xatırladaq ki, Rövşən Məmmədov bu postda Arif Alışanovu əvəz edəcək.