Bütün gözəl anlar hələ qarşıdadır...

04 Sentyabr, 2019 08:30 | Siyasət | Baxış sayı: 483
ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor Vahid Mustafayev
ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor Vahid Mustafayev

Əsl Vətənpərvər haqqında bir neçə söz

Dağlıq Qarabağ, Əfqanıstan, Gürcüstan, Liviya - partlayışlar, atışmalar, toqquşmalar baş verən ölkələrdə Vahid Mustafayev öz kamerası ilə üzə çıxırdı. Hələ o zaman - Azərbaycandakı çox populyar ANS kanalının tamaşaçıları daima yalnız cəsurluğunu deyil, həm də 1-1,5 dəqiqə ərzində ən əsas məsələlər haqqında ən dəqiq məlumatı çatdıran bu hərbi jurnalistin yüksək peşəkarlığını qeyd edirdilər.

Mən Vahidin kamerası ilə Ağdamdan Şuşaya uçan sərnişin helikopterinin ermənilər tərəfindən atəşə məruz qalması anını yaxalamasının şahidi olmuşam. O zaman erməni mətbuatı silah aparan hava gəmisinin vurulduğunu iddia edirdi. Ancaq Mustafayevin materialının bütün dünyanın aparıcı teleşirkətlərində nümayişindən sonra onların hamısı susdular.

Mənim fikrimcə, Vahidin tərcümeyi-halında əsas məqam boş bir yerdən Azərbaycanın ən populyar kanalını yaratmasıdır. Hətta ümumilli lider Heydər Əliyevin özü dəfələrlə kanalın işini yüksək qiymətləndirib.

1993-cü ildə Bakıda hakimiyyət təmsilçiləri Heydər Əliyev olmadan qardaş qırğınının qarşısını ala bilməyəcəklərini, nəhayət ki, anladılar və ondan Bakıya qayıtmağı xahiş etdilər. Bir-iki gündən sonra H.Əliyev üsyançı polkovnik Sürət Hüseynovla görüşmək üçün Gəncəyə getdi. Ora avtobuslarla xeyli sayda jurnalist də üz tutmuşdu. Axı ölkənin taleyi həll edilirdi. Ancaq H.Əliyevin polkovniklə gec başlayıb səhərə yaxın başa çatan görüşünə cəmi iki jurnalist dəvət edilmişdi. Rusiyanın "Vremya" kanalından operator Nadir Zeynalovla mən, bir də ANS rəhbəri Vahid Mustafayev.

Sonradan mən ümummilli liderin niyə ancaq bizi seçməsi ilə maraqlandım. O, belə cavab verdi: "Çünki mən sizə güvənirəm".  Qəribə paradoksdur, elə deyilmi? Böyük Azərbaycanlı bizə inanır, bu günki məmurlar isə terrorçularla hansısa əlaqələr haqqında nağıllar danışaraq  kanalı bağlayırlar.

Bu gün Vahid Mustafayevin 51 yaşı tamam olur. O, yenə də gərgin iş qrafikində çalışır. Bu dəfə kino sahəsində. Əminəm ki, ən qısa zamanda keçmişdə oluğu kimi onun yeni filmlərini görə biləcəyik.

Moskvadan sonra sonra uzun illər ərzində Vahidlə bir şirkətdə çalışmışam. Düzdür onun xarakteri şəkər kimi deyil. O ideal olsa, yəqin ki, yeri muzey olardı. O əsl kişidir. Bunu onun həm işində, həm yaradıcılığında, həm dostluğundə, həm də ailəsində görmək olar. Onun çox sevdiyi, qürur duyduğu  vətəni Azərbaycana qarşı əsl sevgisi, vətənpərvərliyi məni hər zaman heyrətləndirib.

Vahid, ad günün mübarək! Bütün işlərində sənə uğrular arzu edirik. Əminəm ki, bütün yaxşı anlar, uğrular hələ qarşıdadır. 

İstiPress kollektivi adından  

Mais Məmmədov