Alışanovun yerinə gələn sədr kimdir?

04 Sentyabr, 2019 12:55 | Siyasət | Baxış sayı: 376
AZTV
AZTV

AZTV-nin yeni rəhbəri haqqında bilmədiklərimiz

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib. Yeni sədr kimdir? 

Rövşən Raqif oğlu Məmmədov 1979-cu ildə Ağstafa anadan olub. 1985-1996 – cı illər - 24 saylı Sumqayıtda orta məktəbdə, 1996-2000-ci illər - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsi, 2000 – 2002-ci illər - Beynəlxalq jurnalistika kafedrasının magistr, 2003-2006-cı illərdəJurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında aspirantura, 2009-2016-cı illər - Bakı Slavyan Universiteti, (Filologiya və jurnalistika kafedrası) doktorantura təhsili alıb. 

Rövşən Məmmədov AzTV-dən əvvəl, “Lider TV” və İctimai TV-də çalışıb. O, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim olaraq da fəaliyyət göstərib, Bir neçə dərsliyin müəllifidir. 

Uzun illər Lider Televiziyasında çalışan R. Məmmədov fəaliyyətinə idman müxbiri kimi başlayıb. Daha sonra reportyor və idman şərhçisi kimi çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub. 

R.Məmmədov 2015-ci ildə Lider TV ilə yollarını ayırıb və fəaliyyətini siyasi sferada davam etdirib. O, AzTV-də "Günün nəbzi”, "Əsas Məsələ" və "Həftə"verilişlərini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub . 

15 yanvar 2019-cu ildə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra etməyə başlamışdır.