ABŞ-ı Ermənistandan tələbi

04 Sentyabr, 2019 10:28 | Siyasət | Baxış sayı: 138
Erməni hərbçi
Erməni hərbçi

Erməni hərbçilər Suriyadan çıxarılmasa....

ABŞ hökuməti Ermənistandan hərbi birləşmələrini Suriya ərazisindən çıxarmağı tələb edir. Bu barədə erməni qəzeti “168 Jam” özünün mnbələrinə istinadla yazıb.

Nəşr yazır ki, Vaşinqton rəsmi İrəvana erməni hərbçilərinin Suriyada olması məsələsinə mənfi yanaşması barədə xəbərdarlıq edib, bunun iki ölkə arasındakı əlaqələrə təsir edəcəyini bildirib. Bundan başqa nəşr qeyd edir ki, Ermənistana Amerikanın xüsusi avadlığından mina təmizləmək üçün istifadə də qadağandır.

Qeyd edək ki, Nikol Paşinyan BMT-nin Nyu Yorkdakı baş assambleyasına getmək istəyir, O, ABŞ prezidenti Donald Trampla görüşmək arzusundadır. Bunun üzərində erməni icması, XİN səylə çalışır. Amma ekspertlər bu görüşün çətin ki baş tuta biləcəyini deyirlər. Paşinyan üçün bu elə arzu olaraq qalacaq.