Rus qırıcılar 22 gün sonra bombardımana başladı

04 Sentyabr, 2018 13:20 | Siyasət | Baxış sayı: 67
Rusiya qırıcıları
Rusiya qırıcıları

Bombardıman Suriyanın İdlib bölgəsində başlayıb

Rusiyanın döyüş təyyarələri Suriyanı bombalamağa başlayıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bombardıman İdlib bölgəsində həyata keçirilir. 

Bu barədə mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Evi məlumat verib. Məlumatda qeyd edilir ki, 22 gün sonra rus qırıcıları yenidən İdlibi vurmağa başlayıb və bununla da bölgədə əməliyyata hazırlaşan prezident Bəşər Əsədə dəstək veriblər. 

Xatırladaq ki, İdlib məsələsi sentyabrın 7-də Təbrizdə İran, Rusiya və Türkiyə prezidentlərinin sammitində də müzakirə ediləcək əsas məsələlərdən biridir.